Noyabrın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov