Bu gün Rusiya prezidenti Vladimir Putin ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Dağlıq Qarabağda mövcud vəziyyəti müzakirə edən tərəflər münaqişə zonasında geniş miqyaslı döyüşlərin davam etməsi, Suriya və Liviyadan ekstremistlərin münaqişəyə daha fəal şəkildə cəlb olunması ilə bağlı ciddi narahatlıq ifadə ediblər.
"Putin Makrona atəşin tezliklə dayandırılması və siyasi-diplomatik həllə çıxışı təmin edəcək danışıqların bərpası üçün Rusiyanın atdığı addımlar barədə ətraflı məlumat verib. Rusiya və Fransanın, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində əlaqələndirilmiş vasitəçilik səylərinin davam etdirilməsi niyyəti təsdiqlənib", - deyə məlumatda vurğulanır.*