Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş məktəblilərin sayının 10 nəfərə çatdığını bildirib.
“Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı”, - deyə Əmrullayev Facebook səhifəsində bildirib.
Beləliklə, erməni təcavüzü nəticəsində həlak olmuş mülki vətəndaşların sayı 93 nəfərə çatıb.*
X.Nəsirzadə