Müdafiə Nazirliyi düşmənin növbəti hərbi kolonunun məhv edilməsi ilə bağlı məlumat yayıb.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib. “Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.*
X.Nəsirzadə