Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderləri ilə telefon təmasları barədə məlumatlandırıb”, - deyə məlumatda bildirilir.
Rusiya və Türkiyə prezidentləri münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.*