Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması ilə bağlı məlumat yayıb.
“Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov