Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə “Anadolu” agentliyinin məlumatında deyilir.
“Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir. Bu qələbə münasibətilə azərbaycanlı qardaşlarımızı şəxsim, ailəm və bütün Türkiyə xalqı adından təbrik edirəm”, - deyə Ərdoğan bu gün bəyan edib.*