Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində hücum əməliyyatını davam etdirir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib. Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov