Müdafiə Nazirliyinin məlumatına görə, bazar ertəsinə keçən gecə Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsindəki minaatan və heyəti məhv edilib.
“Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib”,- məlumatda qeyd olunur.
O cümlədən MN düşmənin daha bir ədəd tankının məhv edilməsi barədə məlumat verir. “Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib”, - MN-dən bildirilir. **
X.Nəsirzadə