Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və o hər hansı başqa rayon kimi ölkənin bir hissəsi olaraq qalacaq. Bunu prezident İlham Əliyev deyib.
“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Biz orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik (danışıqlarda - İF)”, - Əliyev “BBC News”a müsahibəsində bildirib. **