Noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri cəbhənin Şuşa istiqamətində düşmənin hərbi texnika və canlı qüvvəsini PUA ilə məhv edib.
“Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib. Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir PDM-i zərbə PUA-ları ilə məhv edilib», - Müdafiə Nazirliyindən qeyd edilib.
Həmçinin, MN həmin anları əks etdirən videogörüntüləri təqdim edib. **
N.Abbasova