Ermənistan işğal etdiyi bütün ərazilərdən çıxmayana qədər Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılmayacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Bütün Dağlıq Qarabağ işğaldan azad edilməyənə qədər mübarizə bayrağı endirilməyəcək, bura Kəlbəcər və Laçının bu torpaqların əsl sahibinə qaytarılması da daxildir”, - Ərdoğan bugün bəyan edib.
O, həmçinin bildirib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri kifayət dərəcədə deyil və Şuşa şəhərini nəzarətə götürən Azərbaycan Ordusunu salamlayıb. "Şuşanın işğaldan azad olunması ilə bizim sevincimiz və ümidlərimiz daha da artdı", - prezident əlavə edib. **