Ermənistanın 20-ə yaxın müxalif partiyası baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edən birgə bəyanatla çıxış edib.
“Meydana gələn faciəli vəziyyətə görə məsuliyyət daşıyan baş nazir Paşinyanın və onun hökumətinin əzəvlənməsi mümkün olmayan itkilərin qarşısını almaq məqsədilə könüllü olaraq kəbarlaşdırılmasını tələb edirik. Vəziyyətin irəliləyiş etməyə, hərbi-siyasi vəziyyəti həll etməyə qadir olan dərhal yeni icra orqanının yaradılmasını tələb edirik”, - 17 müxalifət partiyasının imzaladığı və bu gün yayılan bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, bu Ermənistanın və Dağlıq Qarabağın mövcudluğunun qeyd-şərtsiz tələbi ilə və “yeni vəziyyətdə yenilməz erməni ordusunun döyüş meydanında qalibiyyətli irliləyişi təmin edəcəyi” inamı ilə diktə olunub.
Bəyanatın müəllifləri vurğulayıblar ki, müharibə günlərində hökumətə çoxsaylı müraciətlərlə çıxış ediblər, onları siyasi, diplomatik və hərbi cəbhələrdə irəliləyiş həyata keçirməyə çaöırıblar, lakin bu çağırışlar cavabsız qalıb.
“Müharibə sərtdir, itkilər əvəzolunmazdır, ağırdır. Xalq olaraq, biz dövlət kimi qətiyyətli hərəkətlər tələb edən həlledici mərhələ qarşısındayıq. Bununla belə, siyasi hakimiyyətin atdığı addımlar xalqımızın sağ qalması təhlükəsi ilə müqayisə edilməzdir. Bu dövrdə hökumət ayrın şəkildə daxili və xarici çağırışlara qarşı durmaq iqtidarında olmadığını nümayiş etdirdi. İnsan tələfatı və ərazi itkiləri, müttəfiqlərlə, ilk növbədə Rusiya Federasiyası ilə tam dəyərə malik olmayan münasibətlər, hazırki hakimiyyətin müflisliyini ortaya qoyur”, - bəyanatda deyilir.
Bəyanatı imzalayanlar arasında Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublika partiyası, “Daşnaktsütun”, MTX-nin keçmiş direktoru Artur Vanetsyanın rəhbəri olduğu “Rodina” partiyası, Qaqik Tsarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” partiyası var. **