Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə aidiyyəti barədə xəbəri olan rusiyalıların təxminən ikidə üç hissəsi Moskva ilə Ankara arasında münasibətlərin pisləşməsini mümkün hesab edir. “İctimai rəy” Fondunun keçirdiyi sorğunun nəticələri buna dəlalət edir. Həmin məlumatlar bazar ertəsi “İnterfaks”a daxil olub.
“Rusiyalıların 60%-i Qarabağ münaqişəsində Türkiyənin fəal rolu barədə məlumatlıdırlar və ya eşidiblər. 38%-i hesab edirlər ki, bu Rusiya-Türkiyə münasibətlərinə təsir edə bilər, həm də pisləşməyə doğru (respondentlərin 2%-i münasibətlərin yaxşılaşacağını düşünürlər)”, - sorğuda qeyd olunur.
Fondun məlumatına görə, Türkiyənin bu münaqişəyə aidiyyəti olduğunu bilən bütün respondentlərin 9%-i və ya hər 10 nəfərdən biri burada Rusiya-Türkiyə münasibətləri üçün heç bir risk görmürlər, 11%-i – Ankaranın Qarabağ münaqişəsinə cəlb olunmasının Moskva ilə münasibətlərə necə təsir edəcəyini bilmirlər.
Sorğu rusiyalıların 71%-nin münaqişənin hər iki tərəfinə eyni münasbət bəslədiyini nümayiş etdirdi. Ermənistan tərəfinə simpatiya ilə yanaşanlar Azərbaycan tərəfinə eyni hisslər duyanlardan 3 dəfə çoxdur – müvafiq olaraq respondentlərin 10% və 3%-ni təşkil edir.
Araşdırmaya əsasən, rusiyalıların 90%-i Qarabağda münaqişəbarədə məlumatlıdırlar, respondentlərin 39%-i hesab edirlər ki, hərbi qarşıdurma zəifləyir, sorğu iştirakçılarının 30%-i hesab edirlər ki, münaqişə davam edəcək, hər 5 nəfərdən biri (21%) nə gözləyəcəklərini bilmirlər.
Ümumrusiya sorğusu 23-25 oktyabr 2020-ci il tarixində 18 yaşdan yuxarı 1000 respondent arasında aparılıb. **