Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal iştirak etməyə yönəlib, lakin müdaxilə etmək niyyətində deyil. Bunu RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya münaqişədə deyil, onun nizamlanmasında daha fəal iştirak etməyi planlaşdırır. Bildiyiniz kimi, bu müddət ərzində diplomatik təmaslar və səylər həyata keçirilir, münaqişə yenidən qaynar mərhələyə keçib. Biz vəziyyətin nizamlanması və tərəflərin danışıqlar masası ətrafına əyləşməsi üçün bütün imkanlardan istifadə edirik”, - Zaxarova “Exo Moskvı” radiostansiyasının efirində bildirib.
O vurğulayıb ki, vəziyyətin həlli üçün yalnız “bir yol var – siyasi-diplomatik alətlərin istifadəsi”. **