Bazar ertəsi Ermənistanın hava məkanında, döyüş əməliyyatları zonasından kənarda Rusiyaya məxsus Mi-24 hərbi helikopteri vurulub. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.
“Ermənistan Respublikası üzərində hava məkanında, döyüş əməliyyatları zonasından kənarda Rusiyaya məxsus Mi-24 hərbi helikopteri vurulub”, - o bildirib.
Öncə bazar ertəsi RF Müdafiə Nazirliyi məlumat verib ki, Ermənistanda Azərbaycanla sərhədin yaxınlığnda Mi-24 hərbi helikopterin atəşə tutulmasından sonra iki rusiyalı hərbi qulluqçu həlak olub, daha bir nəfər yaralanıb.
Raketin helikopterə dəyməsi nəticəsində helikopter Ermənistan ərazisində dağlıq əraziyə düşüb. Ekipajın iki üzvü həlak olub, bir nəfər ağır xəsarətlərlə təxliyə olunub”, - RF Müdafiə Nazirliyinin məlumatında deyilir.
Hadisə noyabrın 9-da saat 18:30 radələrində baş verib. Helikopter Ermənistan ərazisi üzrə Rusiyanın 102-ci hərbi bazasının avtomobil kolonnasını müşayiət edib. **