Baş Prokurorluq bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı dərhal araşdırmalara başlanılıb.
“Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək», - Baş Prokurorluğun bəyanatında deyilir.
Qeyd edilib ki, məsələ ilə bağlı Baş Prokurorluq öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. **
A.Əzizov