Moskva Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı Azərbaycanın öz təqsirini etiraf etməsini müsbət qiymətləndirir. Bu barədə RF XİN-in məlumatında deyilir.
"Bakının təqsirini dərhal etiraf etməsi faktını müsbət qiymətləndiririk. Azərbaycan tərəfi zəmanət verib ki, bu insidentlə bağlı təhqiqat aparılacaq və təqsirkarlar cəzalandırılacaq”, - deyə məlumatda bildirilir.*