Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinə dair qərarından narazı olan vətəndaşlar hökumət binasının qarşısına toplaşırlar.
"Biz sizin hamınızı bura toplaşmağa çağırırıq. Biz qərarla razı deyilik. Vətənimizi düşmənə verirlər. Nikol, sən xalq düşmənisən, satqınsan", - deyə etiraz aksiyasının iştirakçılarından biri bildirib.
Hökumət binası polis tərəfindən əhatəyə alınıb.
Bundan əvvəl Paşinyan noyabrın 10-da saat 01:00-dan etibarən Dağlıq Qarabağda müharibənin dayandırılması haqqında bəyanatın imzalandığını bəyan edib. "Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Mən bu qərarı hərbi vəziyyətin dərindən təhlili və vəziyyətlə hamıdan yaxşı tanış olan insanların qiymətləndirmələri əsasında qəbul etmişəm", - deyə Paşinyan Facebook səhifəsində yazıb.*