Rusiya prezidenti Vladimir Putin bildirib ki, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs elan edilir və bütün hərbi əməliyyatlar tamamilə dayandırılır.
"Noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti Əliyev, Ermənistan Respublikasının baş naziri Paşinyan və Rusiya Federasiyasının prezidenti 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında bəyanat imzalayıblar. Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar", - deyə Putin bildirib.*