Ermənistan və Azərbaycan əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi barədə razılığa gəlib, qaçqınlar Dağlıq Qarabağ ərazisinə qayıdırlar. Bunu RF prezidenti Vladimir Putin deyib.
“Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”, - deyə Putin “Rossiya-24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçirilir.*