Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi mərhələsi başa çatıb, siyasi nizamlanma başlayır.
"Hərbi mərhələ başa çatır və biz siyasi nizamlanmaya keçirik. Bu, bizim üçün maksimum sərfəli variantdır. Bu, faktiki olaraq, Ermənistanın hərbi kapitulyasiyasıdır", - deyə Əliyev xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin hərbi fazasının gedişində bütün məqsədlərinə çatıb.
"Biz döyüş əməliyyatlarını dayandırırıq. Mən müvafiq əmr vermişəm, çünki imzamıza hörmətlə yanaşırıq. Amma düşmən də dayanmalıdır, əks halda biz sonadək gedəcəyik. Biz istədiyimizə nail ola bilmişik. Mən faktiki olaraq onlara ultimatum vermişəm (erməni hərbçilərin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı - İF). Mən demişdim ki, qan tökmək istəmirəm və buna görə də döyüş əməliyyatlarını dayandırmağa və siyasi nizamlanmaya keçməyə hazıram", - deyə dövlət başçısı əlavə edib.*