Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli bəyanatı noyabrın 9-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin imzalayıblar, Ermənistan baş naziri Nikol Paşinyan son anda bəyanatı imzalamaqdan imtina edib. Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Bəyanat videokonfrans şəklində imzalanıb.
“Bu bəyanatın tarixi əhəmiyyəti var.Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Bu bəyanat bizim şanlı qələbəmizdir”, - deyə dövlət başçısı vurğulayıb.*