Noyabrın 10-da Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunması üzrə birgə monitorinq mərkəzinin yaradılması haqqında xüsusi saziş imzalanacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə diplomatik mənbə məlumat verib.
"Bu monitorinq korpusunun fəaliyyəti Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatının beşinci bəndi ilə tənzimlənir", - deyə mənbə bildirib.*