Hazırda Azərbaycanın hər yerində Qarabağ müharibəsində qazanılmış Qələbə qeyd olunur.
Minlərlə Azərbaycan vətəndaşı müharibədə tarixi qələbəni qeyd etmək üçün şəhər və rayonlarda küçələrə çıxıb.
Vətəndaşlar "Eşq olsun Azərbaycan əsgərinə!", Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Prezidentinə!” şüarlarını səsləndirirlər.
Azərbaycanda komendant saatının qüvvədə olmasına baxmayaraq, hüquq-mühafizə orqanları Qələbə münasibətilə insanların küçələrə çıxmasına anlayışla yanaşır.*
X.Nəsirzadə