Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına aparılmasını həyata keçirən 6 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilib.
“Təyyarələrin göyərtələrində sülhməramlı bölmənin şəxsi heyəti, avtomobil texnikası, zirehli transportyorlar və maddi vasitələr var.
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1960 hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhərində Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.
Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı (sülhməramlı) briqadasının bölmələri təşkil edəcək.*