Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlıları yerləşdiriləcək. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir”, – deyə o, telemüraciətində bildirib.
“Noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidenti 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasının elan olunduğu bəyanat imzalayıblar. Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”, - deyə o bildirib.
Rusiya prezidentinin sözlərinə görə, bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
“Əldə olunan razılıq Dağlıq Qarabağ ətrafındakı münaqişənin ədalətli əsasda və Azərbaycan və erməni xalqlarınin maraqları daxilində uzunmüddətli və tamformatlı həllinə lazımı şərtlər yaradacaq”, - deyə Putin qeyd edib.*