Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatın qəbul edilməsinə qarşı etiraz aksiyasının iştirakçıları tərəfindən onun iqamətgahından oğurluq edildiyini bildirib.
"Baş nazirin iqamətgahından kompüter, saat, ətir, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb", - deyə Paşinyan Facebook səhifəsində bildirib.*