Müxalifət fraksiyaları Dağlıq Qarabağa dair qəbul edilmiş üçtərəfli qərarla bağlı Ermənistan parlamentinin növbədənkənar iclasını çağırmağa çalışır.
"Biz parlamentin növbədənkənar iclasını çağırmağa çalışırıq, amma bunun üçün müxalifət deputatlarının sayı kifayət qədər deyil. Hakim fraksiyadan ən azı 25 deputatın da iştirakı vacibdir. Onlar parlamentə gəlmək üçün öz təhlükəsizliklərindən əmin olmalıdırlar", - deyə "Çiçəklənən Ermənistan" müxalifət fraksiyasının deputatı Naira Zoqrabyan jurnalistlərə bildirib.
"Biz hüquqşünaslarla parlamentin Qarabağla bağlı bu sazişi və ya qərarı, yaxud da bəyanatı ləğv etmək üçün nə dərəcədə səlahiyyətli olduğunu müzakirə edirik", - deyə Zoqrabyan qeyd edib.
O, həmçinin deyib ki, müxalifət partiyalarının gündəliyinə baş nazir Nikol Paşinyanın istefası məsələsi də daxildir.*