Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanı müzakirə ediblər.
“Türkiyənin xarici işlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını təbrik edib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.
Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqlı mövqeyinə münasibətdə qəti dəstəyini heç zaman əsirgəmədiyi üçün türkiyəli həmkarına və qardaş Türkiyə xalqına təşəkkürünü bildirib.*
R.Əhmədov