Dağlıq Qarabağın statusu məsələsi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin ötən gün qəbul etdikləri birgə bəyanatda təsvir edilib. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Exo Moskvı" radiostansiyasının efirində bildirib.
O qeyd edib ki, üç ölkə təmas xətti və Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhliz boyu Rusiya sülhməramlı kontingentlərinin yerləşdirilməsi ilə bağlı razılıq əldə edib.*