Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın mətnində Dağlıq Qarabağ ərazisində Türkiyə hərbçilərinin yerləşdirilməsi haqqında müddəalar yoxdur. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Dərc edilmiş bəyanatın mətnində bu barədə heç bir kəlmə yoxdur. Türkiyə hərbçilərinin Qarabağda olması razılaşdırılmayıb", - deyə Peskov bu gün jurnalistlərə bildirib.
"Söhbət Azərbaycan ərazisində atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasından gedib”, - deyə o dəqiqləşdirib.*