Dağlıq Qarabağa dair əldə edilmiş saziş Ermənistan və Azərbaycan xalqlarının qələbəsidir, çünki onun sayəsində müharibə dayandırılacaq. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu, iki ölkənin - həm Azərbaycan, həm də Ermənistan xalqlarının qələbəsidir, çünki müharibə dayanıb. Müharibənin dayanması və buna nəzarət etmək və sığortalamaq üçün indi Rusiya sülhməramlıları ora daxil olurlar, onlar hərbi əməliyyatların davam etdirilməməsini təmin edəcəklər", - deyə Peskov bu gün jurnalistlərə bildirib.
O, bəyanatın daxili məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıtmasını nəzərdə tutan 7-ci bəndinin vacibliyinə diqqət çəkib.
“Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək. Məhz bu humanitar aspekt və qan tökülməsinin dayandırılması yəqin ki, ən əsas nəticədir", - deyə mətbuat katibi vurğulayıb.*