Rusiya Dağlıq Qarabağda uzunmüddətli sülhün bərqərar olacağına ümid edir. Bunu RF prezidenti Vladimir Putin deyib.
"Qarabağda baş verənlər çox böyük faciədir. Qan tökülməsinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmanı böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Ümid edirəm ki, son zamanlar atdığımız bütün addımlar Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq", - deyə Putin ŞƏT-in üzvü olan ölkələrin dövlət başçıları Şurasının iclasında bildirib.*