Azərbaycan və Ermənistan liderlərinin regionun inkişafı üçün şərait yaratmaq qətiyyəti dəstəklənməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Həqiqətən də, bu cür mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün kompromis tapmaq, bu kompromislərə çıxmaq, bunun üçün isə öz növbəsində, qərar qəbul edənlərin qətiyyətli olması lazımdır. Bu baxımdan biz hamımız həm Ermənistanın baş naziri Paşinyanın, həm də Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin regionda vəziyyətin sülh yolu ilə inkişafına şərait yaratmaq və erməni və Azərbaycan xalqları arasında münasibətlərin qurulması naminə qərarlar qəbul etmək əzmini dəstəkləməliyik",-deyə Putin bu gün ŞƏT-in dövlət başçılarının sammitində çıxışı zamanı bildirib.*