Türkiyə təxribatlardan çəkinməli və Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmamalıdır. Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
"Fransa Türkiyədən Dağlıq Qarabağla bağlı təxribatlara son qoymağı xahiş edir. O, təmkinlilik nümayiş etdirməli və münaqişə tərəfləri arasında uzunmüddətli sazişə dair danışıqlara mane olan addımlar atmamalıdır", - deyə o bildirib.
Fransa prezidenti qeyd edib ki, belə danışıqlar ATƏT-in Minsk qrupunun himayəsi altında aparılmalıdır.
Makron vurğulayıb ki, münaqişənin Ermənistanın maraqlarının nəzərə alındığı uzunmüddətli siyasi həllinə tərəfdardır.*