Bir il bundan əvvəl Dağlıq Qarabağın konkret statusu olmadan beş rayonun geri qaytarılması Qarabağ münaqişəsinə alternativ ola bilərdi. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Əgər bir il bundan əvvəl biz beş rayonun qaytarılması formuluna razı olsaydıq, vəziyyət daha yaxşı olardı. Ancaq Ermənistanda bu varianta kim tərəfdar olardı? Mən də buna etiraz edərdim", - deyə Paşinyan Facebook səhifəsində canlı efir zamanı bildirib.
"Silahlı münaqişənin alternativi Qarabağın konkret statusu olmadan beş rayonun qaytarılması idi. Lakin biz müharibənin ilk günlərində buna getmədik və hesab etdik ki, vəziyyəti dəyişə bilərik. Biz buna dönüş yaratmağın mümkün olmadığı aydın olduqdan sonra getdik", - deyə Paşinyan qeyd edib.*