Dağlıq Qarabağda xidmət edəcək Rusiya sülhməramlı kontingentinin komandanlığı Ermənistana gəlib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Rusiya sülhməramlı qüvvələri komandanlığının zabitlərini gətirən İl-76 hərbi-nəqliyyat təyyarəsi Erebuni hava limanına enib. Hazırda 15-ci sülhməramlı briqadanın bölmələrinin olduğu hərbi-nəqliyyat təyyarələrinin qəbuluna hazırlıq gedir", - deyə məlumatda bildirilir.
"İnterfaks"ın məlumatına görə, Rusiya sülhməramlıların Dağlıq Qarabağa göndərilməsi üçün ən azı 22 İl-76 hərbi-nəqliyyat təyyarəsi cəlb edəcək.*