Azərbaycanda koronavirus infeksiyasına daha 1 346 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 67 min 392-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib, ölənlərin ümumi sayı 867 nəfərə çatıb.
Virusa yoluxmuş 50 min 9 nəfər (sutka ərzində +598) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 16 min 516 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,952 min, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 457 min 177 test aparılıb.*