Rusiya və Azərbaycanın baş prokurorları noyabrın 9-da Azərbaycan-Ermənistan sərhədində Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı insidenti müzakirə ediblər. Bu barədə “İnterfaks”a Rusiya Baş Prokurorluğunun rəsmi nümayəndəsi Andrey İvanov məlumat verib.
"Azərbaycanın baş prokuroru Kamran Əliyev iki heyət üzvünün həlak olması ilə əlaqədar başsağlığı verib, həmçinin Rusiya baş prokuroru İqor Krasnova Azərbaycan ərazisində başlanmış cinayət işi çərçivəsində görülən işlər barədə məlumat verib. Tərəflər insidentin baş verdiyi şəraiti aydınlaşdırmaq üçün qarşılıqlı fəaliyyət göstərmək niyyətini təsdiq ediblər", - deyə İvanov bildirib.*