Hazırda 15-ci sülhməramlı briqadanın bölmələrinin hərbçiləri İl-76 hərbi-nəqliyyat aviasiyasının 12 təyyarəsi ilə Ermənistana gətirilib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə 200-dən çox hərbçi, zirehli transportyorlar, zirehli avtomobillər və rabitə vasitələri gətirilib", - deyə məlumatda bildirilir.
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1960 hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı (sülhməramlı) briqadasının bölmələri təşkil edəcək.*