Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə söhbətində Qarabağ münaqişəsinin dayandırılması haqqında sazişi vəziyyətin nizamlanması yolunda düzgün addım adlandırıb. Bu barədə Türkiyənin NTV telekanalı bildirib.
"Prezident Ərdoğan qeyd edib ki, dünən axşam Qarabağ münaqişəsinin daimi həlli istiqamətində düzgün addım atılıb", - deyə məlumatda bildirilir.
O qeyd edib ki, hazırda Ermənistanın regionda atəşkəsə və münaqişənin həlli ilə bağlı saziş üzrə digər öhdəliklərə əməl etməsi ən vacib məsələdir.*