Avropa İttifaqınin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell ümid edir ki, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə edilmiş atəşkəs razılaşması münaqişənin nizamlanmasına yol açacaq.
“Hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Bazar ertəsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs insan itkisinin qarşısının alınmasına kömək edəcək və münaqişənin hərtərəfli həlli yolunda ilk addım ola bilər”, - deyə Borrellin bəyanatında bildirilir.
Onun sözlərinə görə, indi danışıqlar nizamlanmanın etibarlılığını təmin etməlidir.
“Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərini dəstəkləməyə davam edir və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firəvan inkişafı üçün razılaşmaların həyata keçirilməsinə töhfə verməyə hazırdır”, - deyə ali nümayəndə qeyd edib.*