Vaşinqton Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında əldə edilmiş razılaşmanı diqqətə alıb və onun reallaşdırılması ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyir. Bu barədə "İnterfaks"a ABŞ Dövlət Departamentindən məlumat verilib.
"Biz zorakılığa son qoyulduğunu görməyə şad olacağıq, lakin atəşin dayandırılması və ya gələcək addımlar barədə konkret təfərrüatları hələlik şərh edə bilmərik. Vaşinqton Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca gərginliyin artmasını qətiyətlə pisləyib və insan itkisindən təəssüflənir”, - deyə məlumatda bildirilir.*