Ukrayna 2020-ci ilin yanvar-oktyabr aylarında neft və neft xammalı idxalını 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,7 dəfə - 1 milyon 54,142 min tonadək artırıb (438,332 min ton).
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi Dövlət Gömrük Xidmətinin məlumatına görə, bu dövrdə $344,853 milyon məbləğində xammal idxal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,3% çoxdur.
Azərbaycandan $216,155 milyon (bütün idxalın 62,7%-i), ABŞ-dan $83,051 milyon (24,1%), Liviyadan $45,555 milyon (13,2%), digər ölkələrdən $0,091 milyon (0,03%) məbləğində xammal daxil olub.
Ukrayna 2020-ci ilin yanvar-oktyabr aylarında və 2019-cu ildə neft və neft xammalı ixrac etməyib.**
N.Abbasova