Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, regionda kollapsın qarşısını almaq, minlərlə erməni hərbi qulluqçunun mühasirəyə alınması və həlak olmasının qarşısını almaq üçün Rusiya və Azərbaycan liderləri ilə birgə üçtərəfli bəyanat qəbul edib.
“Məni Ağdam, Laçın və Kəlbəcər rayonlarını təslim etməkdə ittiham edirlər. Lakin bu verilmə barədə deyil, qorunması baədə sazişdir. Sənəd o vəziyyətdə imzalanıb ki, Şuşa şəhərini itirmişdik və Erməınistan silahlı qüvvələrinin baş qərargahı məruzə edirdi ki, resurslar ilə problemlər var (...). Bu sənəd ilə biz əldə saxlaya bilməyəcəyimiz ərazilər verilib”, - Paşinyan çərşənbə günü özünün Facebook səhifəsində birbaşa yayımda bildirib.
Onun sözlərinə görə, saziş Xankəndi müdafiəsiz qaldığı şəraitdə imzalanıb, hərbi əməliyyarların davam edəcəyi halda isə Azərbaycan hərbçiləri tərəfindən Xankəndi, Ağdərə, Əskəranın ələ keçirilməsi ehtimalı var idi.
“Bundan sonra bizim müdafiə xəttlərimiz və minlərlə hərbçimiz mühasirədə ola bilərdi, həlak ola bilərdilər, nəticədə tam kollaps baş verə bilərdi. Bu qiymətləndirməyə əsasən bu cür qərar qəbul olunub”, - Paşinyan vurğulayıb. **