Noyabrın 12-də Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çərçivəsində nazirlərin 22-ci görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumata verilir.
“Noyabrın 11-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda nazirlərin dəyirmi masası, noyabrın 12-də isə nazirlərin 22-ci görüşü keçiriləcək. Onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu Nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edəcək”, - məlumatda deyilir.
Azərbaycanın energetika nazirinin hər iki görüşdə çıxışı planlaşdırılır. **
N.Abbasova