Dağlıq Qarabağda tərəflərin təmas xətti boyu və Laçın dəhlizi boyu 16 müşahidə postu qurulacaq. Bu barədə RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoyməlumat verib.
“Ermənistanla Azərbaycan arasında razılaşmaların əməl olunmasına nəzarət məqsədilə “Şimal”və “Cənub” məsuliyyətl zonalarında 16 müşahidə postunun qurulması planlaşdırılır. Onlar Dağlıq Qarabağda tərəflərin təmas xətti boyu və Laçın dəhlizi boyu yerləşdiriləcək”, - Rudskoy çərşənbə günü brifində bildirib.
Rudskoyun sözlərinə görə, həmin postların vəzifələri “atəşkəs rejiminin pozulması halları barədə məlumatıln toplanması, həmin məlumatların sülhməramlı qüvvələrin komandanlığa çatdırılması, həmçinin nəqliyyatın tranzit hərəkətinin təhlükəsizliyinin dəstəklənməsi və dinc əhaliyə qarşı qanunazidd hərəkətlərin qarşısını almaqdır”.
“Bu, tezliklə dinc həyata keçid və qaçqınların qayıtmasına imkan yaradacaq”, - Rudskoy bildirib. **