RF prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağda hərbi əməliyyatlarda qalib gələn Azərbaycanın regiona rusiyalı sülhməramlılarının daxil edilməsi üçün hansı arqumentin razı salması sualına cavab verməyib. O yalnız qeyd edib ki, danışıqlar prosesi mürəkkəb olub.
“Siz elə sual verirsiniz ki, o, müharibənin dayandırılması və prosesin siyasi-diplomatik məcraya keşməsi üçün çox uzun və gərgin prosesə aiddir”, - Peskov jurnalistlərə müvafiq sualına cavabında bildirib.
“Bu mürəkkəb proserdir, onun barədə nə danışmaq lazımdır artıq deyilib, daha artıq yox”, - Kremlin nümayəndəsi əlavə edib. **