Dağlıq Qarabağ münaqişəsi zonasında rusiyalı sülhməramlılar Laçın dəhlizi və Laçın yolunun hissəsi – Lısoqorsk sovxozunu nəzarətə götürüblər. Bu barədə RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib.
“İndiyədək Rusiya Federasyasının Silahlı Qüvvələri kontinqentinin ön bölmələri Laçın koridoru və Laçın yolunun hissəsi – Lısoqorsk sovxozunu müvəqqəti müşahidə postlarının qurulması ilə nəzarətə götürüblər”, - Rudskoy çərşənbə günü brifinqdə bildirib. **